VAKANSİYA

PASHA Holding Qrup üzrə Risklərin idarə edilməsi departamentində İT və İnformasiya təhlükəsizliyi riskləri üzrə menecer vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • İT, əməliyyat və biznes risklərini, eyni zamanda funksiyaları və fəaliyyətləri nəzərdən keçirir və təklif olunan həllərin təyinatını müəyyən etmək və tövsiyə etmək üçün onların təsirlərinin qiymətləndirilməsi;
  • Mövcud təhlükəsizlik sistemlərinin təhlili, eyni zamanda dəyişikliklər və ya təkmilləşdirilmə üçün tövsiyələrin verilməsi;
  • Fəlakətin nəticələrinin aradan qaldırılması, kompüter mühakiməsi, kompüter texnologiyaları və metodlarına dair biliklər;
  • Şirkət üçün məlumatların idarəedilməsi, İT və kiber təhlükəsizlik standartlarının yaradılması və ən yaxşı praktikaların tətbiq edilməsi, eyni zamanda təhlükəsizlik təkmilləşdirilmələrininin təklif edilməsi;
  • Təhlükəsizlik pozuntuları və pozuntuların yaratdığı zərərin dərəcəsini təsdiq edən hesabatların hazırlanması;
  • Müxtəlif texniki vahidlərin fəaliyyətlərini koordinasiya edilməsi və yönləndirilməsi: İT, informasiya və kiber təhlükəsizliyi;
  • İT, İnformasiya və kiber təhlükəsizliyi nəzarətinin hazırki vəziyyətinə dair qiymətləndirmələrin nəzərdən keçirilməsi və təqdimi;
  • Məlumat fayllarının monitorinqi və təhlükəsiz informasiya sisteminə girişin tənzimlənməsi;
  • Şirkətin kiber təhlükəsizliyi sahəsində maarifləndirilməsinə və əlaqəli fəaliyyət üçün cavabdehlik;
  • İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • İnformatika, kompüter bilikləri, idarəçilik və informasiya sistemləri sahəsində ali təhsil;
  • İT və/və ya informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi;
  • Məhsul biliyi: *nix əsaslı OS, Microsoft Windows məhsulları, Networking, Firewalls, proqram təminatlarının təhlükəsizliyi, Virtualizasiya, ERP sistemləri, məlumat bazası və ehtiyat nüsxələrinin saxlancı sistemləri haqqında məlumatlılıq;
  • Məntiqi və fiziki icazə təhlükəsizliyi, dəyişikliklərin idarəedilməsi, informasiya təhlükəsizliyi, biznesin bərpa edilməsi praktikası və şəbəkə texnologiyaları kimi təhlükəsizlik və nəzarət riskləri də daxil olmaqla informasiya sistemləri ilə əlaqəli konsepsiyalar haqqında anlayışın olması;
  • CRISC, CISM, CISSP, ISO/IEC 27005 Risklərin idarəedilməsi və ya informasiya texnologiyaları sənayesinə aid sertifikatlaşdırılmış şəbəkə mühəndisliyi, sertifikatlaşdırılmış təhlükəsizlik mütəxəssisi və ya bu kimi digər sertifikasiyaların olması;
  • Bank və sığorta sahələrində bilik və iş təcrübəsi.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “İT və İnformasiya təhlükəsizliyi riskləri üzrə menecer” qeyd olunmalıdır;
  • CV-lər 24 iyul, 2020-cu il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Choose file