VAKANSİYA

PAŞA Holding İnnovasiya üzrə proqram rəhbəri vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • Qrupun strateji biznes hədəflərinə və genişlənmə prioritetlərinə uyğun olan yüksək effektivli innovativ strategiyanın və planın hazırlanması və həyata keçirilməsi;
  • Startap yarmarkaları, konfranslar və ya dizayn sprintləri (məs. hakatonlar) kimi müxtəlif innovasiya tədbirləri vasitəsilə startaplar, ideyaların sınağı və təcrübələr üçün innovativ bir mühitin yaradılması;
  • Qabaqcıl biznes modellərinin və həllərinin potensial olaraq PAŞA şirkətlər qrupunda həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ideyaları araşdırılması;
  • Dövlət tərəfindən dəstəklənən innovasiya agentlikləri, biznes inkubatorları və akseleratorları daxil olmaqla, xarici tərəflərlə münasibətlərin idarə olunması;
  • İnnovasiyaları sürətləndirə biləcək eyni zamanda yerli və beynəlxalq bazarlarda yaradıcı həllər və texnologiyalara çıxış əldə edə biləcək xarici tərəfdaşları aşkarlanması;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Yüksək rəhbərlik ilə tərəfdaşlıq münasibətlərini idarə etmək üçün mükəmməl şəxslərarası, analitik və liderlik bacarıqları;
  • İnnovasiya və texnologiya sahəsində əhəmiyyətli təcrübə də daxil olmaqla biznes, strategiya və tərəfdaşlıq idarəedilməsi sahəsində 10 ildən çox peşəkar təcrübə;
  • Müxtəlif investorlar, startaplar, sahibkar və inkubator/sürətləndirici mühitində peşəkar əlaqələrin mövcudluğu;
  • İnnovativ biznes modellərinin mühüm cəhətlərinin dərindən anlayışı;
  • Bankçılıq, sığorta, telekommunikasiya, pərakəndə satış, e-biznes və/və ya digər B2C sektorlarında təcrübə və ya biliyin olması üstünlükdür;
  • Sürətləndirici və/və ya inkubator təşkilatların biliyi/təcrübəsi üstünlükdür;
  • İnnovativ mədəniyyətin müəyyənləşdirilməsində və ya yeni gəlir mənbələri vasitəsilə genişlənməyə stimul sahəsində əldə edilmiş müvəffəqiyyət üstünlükdür;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “İnnovasiya üzrə proqram rəhbəri” qeyd olunmalıdır;
  • CV-lər 09 avqust, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Choose file